Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib.
İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.
***10:00
Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub.
Nəticədə rayonun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəllüdlü Elnur Samit oğlu Əmirli dünyasını dəyişib.
Xəsarət alanların isə şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.