Dünən səhər saatlarında itkin düşən Şirvan şəhər sakini, 2010-cu il təvəllüdlü N.Ziyadi bu gün saat 04 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Xatırladaq ki, Ziyadi Nərgiz evdən gedərkən intihar edəcəyi barədə məktub yazıb.