Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin kimliyi bəlli olub.
Məlumata görə, 11 yaşlı Yusif Nuriyev çayda çimərkən dərinliyə düşüb.
Babasının sözlərinə görə, Yusif sinif yoldaşları ilə birlikdə çimməyə gedibmiş:
“Beş nəfər olublar. Yusif irəli gedib. Uşaqlar görüblər ki, batır, ağac uzadıblar, çatmayıb. Sinif yoldaşları da onu orada qoyub qaçıblar”.
Hazırda Yusif Nuriyevin axtarışları davam etdirilir.
Ətraflı süjetdə:
***09:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.