Silahla ehtiyatsız davranan polis əməkdaşı həyatını itirdi - HADİSƏ TƏLİM ZAMANI BAŞ VERİB

Antiterror tədbirlərinin iştirakçılarından olan polis nəfəri V.Baratov iyunun 6-da təlim zamanı xidməti silahla ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Stopnarkotik.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən V.Baratov bir müddət sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.