Şəhid atası dünyasını dəyişdi - FOTO

Vətən müharibəsi şəhidi Lətif Əliyevin atası dünyasını dəyişib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Şəhid atası Oruc Əliyev 60 yaşında ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Əliyev Lətif Oruc oğlu 1995-ci il avqustun 15-də Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Orta təhsilini Xanlıqlar kənd tam orta məktəbində alan Lətif 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olmu

2020-ci ildə müddətdən artıq həqiqi xidmət qulluqçusu olaraq orduda xidmətə başlayıb. 2020-ci il 27 oktyabr tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub və Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Lətif Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid atası vəfat etdi - FOTO