Serbiya ordusu yeni döyüş təyyarələri və PUA-lar əldə edib

"Serbiya ordusu yerli sənaye məhsullarına üstünlük verməklə çoxsaylı buraxılış raket sistemləri, döyüş təyyarələri və pilotsuz uçuş aparatları əldə edib".

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Vuçiç Fransa prezidenti Emmanuel Makronla görüşündə bir neçə “Rafale” qırıcı təyyarəsinin alınmasını müzakirə etməyi planlaşdırdığını vurğulayıb.

"Biz 12 yeni təyyarənin alınmasından, eləcə də başqa ölkədən daha 12 işlənmiş “Rafale” qırıcısının alınmasından danışacağıq. Bütün hallarda biz ilk növbədə yerli istehsala və sənayeyə güvənirik, yaxın gələcəkdə də PUA-lar üzərində işə diqqət yetirəcəyik".

Onun sözlərinə görə, Serbiya artıq onlarla çoxsaylı buraxılış raket sistemləri sistemi alıb və onlar tezliklə ölkəyə təhvil verilməlidir.