Satıcının cibindən oğurluq edən yeniyetmələr saxlanıldı

Bakıda yeniyetmələr mağazadan oğurluq edib.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartları oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.