Samuxda 28 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb.
Hadisə rayonun İnstitut qəsəbəsində baş verib.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Rəşad Rəsulov qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Zərərçəkən dərhal əməliyyata götürülüb.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir. R. Rəsulovun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.