Samux rayonunda 18 yaşlı gəncin meyiti aşkarlanıb.
Hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun bir müddət əvvəl ürək əməliyyatı keçirib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır./apa