Kürdəmirdə məktəblinin meyiti tapıldı

Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib.

Stopnarkotik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib.

2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.