Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə rayonun Quşçu kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakini 1987-ci il təvəllüdlü Əmirov Xanbaba Həmid oğlu dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.