Salyanda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.01.2026-cı il tarixində saat 21:10 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər (4 qadın, 5 kişi olmaqla) hospitalizasiya oıunub.
Bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
***22:40
Salyanda baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan mikroavtobusla "Jiquli" markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində doqquz nəfər xəsarət alıb.
Xəsarət alanlar - rayon sakinləri, mikroavtobusun sürücüsü, 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.