"Gürcüstan hökuməti Saakaşvili işi ilə bağlı Ukrayna ilə məsləhətləşmələrin keçirilməsini istisna edir".
Bu barədə Gürcüstanın hakim partiyasının sədri İraklı Kobaxidze məlumat verib.
O bildirib ki, Gürcüstan sabiq prezidenti sonrakı müalicə üçün Ukraynaya göndərmək niyyətində deyil.
Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvilinin ölkə prezidenti Volodimir Zelenskinin tapşırığı ilə Ukraynadan çıxacağı gözlənilir.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın həbsdə olan 3-cü prezidenti Mixail Saakaşvilinin dəhşətli vəziyyətinə münasibət bildirib. O, ölkənin Xarici İşlər Nazirliyinə gürcü səfirinə etiraz bildirməyi və ölkəsində məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində Ukraynanı tərk etməyi təklif etməyi tapşırıb.
“Hazırda Rusiya Ukrayna vətəndaşı Mixail Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür. Mən bir daha Gürcüstan hakimiyyətini Ukrayna vətəndaşı Mixail Saakaşvilini lazımi müalicə və qayğı üçün Ukraynaya təhvil verməyə çağırıram”, – Zelenski teleqram kanalında yazıb.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ölkə prezidentinin göstərişinə cavab olaraq bildirib ki, Gürcüstan səfiri ilə sərt danışıq aparılacaq və o, Tbilisiyə gedəcək.
Gürcüstanın Ukraynadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı etiraz edilib.
Gürcüstan Xarici İşlər Nazirliyi Zelenskinin Saakaşvilinin ilə bağlı tələbini ölkənin daxili işlərinə qarışması kimi qiymətləndirib. Qurum bəyan edib ki, Gürcüstan səfirinin Ukraynadan çıxarılması qərarı diplomatik münasibətlərin gərginləşməsinin ifrat formasıdır./olke.az