Saakaşvili Gürcüstan müxalifətinə ÇAĞIRIŞ ETDİ

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalifətə ilin sonunda keçiriləcək prezident seçkilərində vahid namizədin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.

Bu barədə o, öz feysbuk səhifəsində yazıb.

“Mən müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxminən bilirəm, amma başqalarının fikirləri ilə də maraqlanıram”, - Saakaşvili bildirib.

Siyasətçi Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Saakaşvilinin sözlərinə görə, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə vacibdir.

Xəbəri rus dilində oxuyun: Жена шехида нашла 11 000 долларов и вернула хозяину – ВИДЕО 

Gürcüstanın eks-prezidenti vurğulayıb ki, oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn parlament seçkilərində “Gürcüstanı onun caynağından azad etmək” lazımdır.