Rusiyaya qarşı vuruşan daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs ölüb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanəsilli hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il, mayın 3-də Volçanskda - Xarkov ərazisində həlak olub.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində azərbaycanəsilli, əslən Masallı rayonu, Böyük Kolatan kəndindən olan Teymur Əzizulla oğlu Sadıqov ölmüşdü.