Rusiyada miqrantlara silah satışını qadağan etmək təklif olundu

Rusiya Dövlət Dumasında silahların dövriyyəsini sərtləşdirmək, Rusiya vətəndaşlığını almış miqrantlara onların satışını qadağan etmək təklif olunub.

Bu barədə “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının lideri Sergey Mironovun iştirakı ilə hazırlanan qanun layihəsində bildirib.

"Rusiya Federasiyasının dövlətinin və vətəndaşlarının təhlükəsizliyinə yaranan yeni təhdidləri və çağırışları nəzərə alaraq, silah dövriyyəsi rejimi çərçivəsində əlavə mühafizə mexanizmlərinin yaradılması təklif edilir. Bura sadələşdirilmiş prosedurla vətəndaşlıq alanlar daxildir.

Bu federal qanun beş ildən az müddətdə Rusiya vətəndaşlığına malik olan şəxslərin tərəfindən mülki odlu silahların, ov silahlarının və özünümüdafiə odlu silahlarının əldə edilməsinə qadağa qoyulmasını təklif edir. Təklif olunan beş illik vətəndaşlıq müddəti Rusiya ilə sabit hüquqi əlaqəni daha effektiv qiymətləndirməyə imkan verəcək”, - deyə sənəddə qeyd olunur.