Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan Bakir Səfərov barəsində qərar çıxarıb.
Stopnarkotik.az xəbər verir ki, məhkəmə Bakir Səfərovu 72 saat həbsdə saxlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, bu gün məhkəmənin qərarı ilə Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq həbs qətimkan tədbiri, digər saxlanılanlar Şahid Lalayev və Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bakir Səfərov əməliyyat zamanı öldürülmüş Ziyəddin və Hüseyn Səfərovların qardaşıdır.
***16:38
Yekaterinburq məhkəməsində Əhliman Gənciyev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.
***15:58
Yekaterinburq məhkəməsi növbəti azərbaycanlı, iyunun 27-də saxlanılan Əhliman Gənciyevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Gənciyev məhkəmə zalına gətirilib.
Onun üç uşaq atası və Rusiya Federasiyası vətəndaşı olduğu bildirilib.
Məhkəmə əvvəllər məhkum olunmayan Gənciyev barəsində də həbs qətimkan tədbirinin seçilməsi prosesini qapalı elan edib.
***15:49
Yekaterinburq məhkəməsi Şahid Lalayev barəsində 72 saatlıq həbs qətimkan tədbiri seçib.
Bu barədə APA-nın Rusiya bürosu xəbər verir.
***15:28
Yekaterinburq məhkəməsi daha üç azərbaycanlı barədə həbs qətimkan tədbirinin seçilməsinə baxacaq.
Stopnarkotik.az xəbər verir ki, artıq təqsirləndirilən Şahid Lalayev məhkəmə zalına gətirilib.
Günün sonuna kimi məhkəmə Bakir Səfərov və Əhliman Gənciyevin barəsinə həbs qətimkan tədbirinin seçilib-seçilməməsi barədə qərar verəcək./apa