Rusiya hökuməti Ermənistanın Qafan şəhərində baş konsulluğunun açılması ilə bağlı razılaşmanı təsdiqləyib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə sərəncamı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.
Bu, Rusiyanın Ermənistandakı ikinci baş konsulluğu olacaq. Birinci baş konsulluq Gümrü şəhərində açılıb.
Qeyd edək ki, oktyabrın sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Moskva “Qafanda konsulluq açmaq istəyini ifadə edib” və İrəvan bununla razılaşıb. Qafan Azərbaycanla həmsərhəd ərazidə, Sünik rayonunda yerləşir.