Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.
Bu haqda məlumatı TASS yayıb.
Məlumata görə, səfər iki gün - sentyabrın 3-dək davam edəcək. V.Putinin Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla görüşü nəzərdə tutulub.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçiriləcəyi planlaşdırılıb.