Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, mövsümlə əlaqədar kəskin respirator virus infeksiyasına, COVID-19 və qripə yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabinetinin binasında maska rejimi və digər profilaktik məhdudiyyətlər tətbiq olunur.
Məhdudiyyətlər sentyabrın 18-dən tətbiq ediləcək. Nazirlər Kabineti əməkdaşları arasında şəxsi ünsiyyət, eləcə də ölkədaxili və xarici ezamiyyətlərin sayı azaldılacaq.