Rusiya Federasiyası Çin, Braziliya və Hindistanı Ukrayna üzrə iyunun ortalarında İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməmək üçün dilə tutmağa çalışır.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları diplomatik mənbəyə istinadən yazır. Qeyd olunur ki, Moskvanın əsas məqsədi qarşıdan gələn sammiti uğursuz nəticəyə məruz qoymaqdır.
“İştirak etməkdən imtina etməyin əvəzində Rusiya Ukrayna ilə bağlı digər platformalarda məsləhətləşmələr aparılarsa, tərəfdaşlarının bütün məsləhət və ideyalarını nəzərə alacağını vəd edir”, deyə mənbə qeyd edir. Mənbənin sözlərinə görə, Çin və Braziliya ilə danışıqlar hələ də davam edir və Hindistan hakimiyyətinin nümayəndələri artıq sammitdən “uzaqlaşmağa söz verirlər”.
Stopnarkotik.az