Azərbaycan vətəndaşı Maqsud Qurbanov İstanbul hava limanında saxlanılıb. O, keçən il payızda Türkiyədə keçmiş polisi öldürməkdə şübhəli bilinir.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, sözügedən qətl hadisəsi “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli, 2020-ci ildə öldürülüb) bacısı oğlunun həyatına qəsd zamanı baş verib.
Belə ki, “Lotu Quli”nin bacısı oğluna qarşı 2023-cü il sentyabrın 19-da İstanbulda sui-qəsd cəhdi edilib. Bu kriminal aləmdə “Maqa Rustavski” kimi bilinən Məhəmməd Qurbanovdur. Məlumata görə “Maqa Rustavski” Türkiyədə özünə iki xüsusi mühafizəçi tutubmuş. Həmin mühafizəçilər isə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları olub. “Maqa Rustavski”ni nişan alarkən mühafizəçilərindən biri öldürülüb, digəri isə yaralanıb.
Daha sonra Türkiyədə polis müəyyən edib ki, cinayəti törədənlər qanuni oğru Ülfət Tağıyev (“Rufo Gəncinski”) və Zaur Əhmədovun (Lotu Qulinin sifarişi ilə öldürüldüyü güman edilən qanuni oğru Rövşən Caniyevin qohumu) yanında çalışan killerlərdir.
“Rufo Gəncinski”
Mənbə deyir ki, Maqsud Qurbanov saxlanılan kimi dərhal günahını etiraf etməyə başlayıb və cinayəti sifariş edənlərin adlarını çəkib. Hazırda əsas şübhəlilər Azərbaycan vətəndaşları Zaur Əhmədov və Ülfət Tağıyevdir hesab edilir.