Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığında iki ölkə arasında əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Ərdoğan telefon danışığında Türkiyə və Rusiya arasında ticarət dövriyyəsinin genişləndirilməsi başda olmaqla, bir çox sahədə işbirliyini artırmağı hədəflədiklərini bildirib. Eyni zamanda Türkiyənin bölgədəki gərginliklərə son qoymaq üçün səylərini davam etdirdiyini, sülh proseslərinə dəstək verməyə davam ediləcəyini nəzərə çatdırıb.
*** 17:25
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığında ticarət sahəsində əməkdaşlığın effektivliyinin yüksəldilməsi müzakirə olunub: “Oktyabrın 23-də Kazanda aparılan müzakirələrin davamı olaraq ikitərəfli gündəlikdəki cari məsələlər əsaslı şəkildə müzakirə edilib, əsas diqqət ticari-iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”./apa