Rusiya-İsrail iş adamı Leonid Nevzlin Çeçenistan liderinin Ramzan Kadırovun ölə biləcəyini iddia edir
"Kadırov nəhayət ki, bir saat əvvəl Mərkəzi Klinik Xəstəxanada təslim olub", - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu məlumatın mənbəyini göstərmədən yazıb.
Qeyd edək ki, Mərkəzi Klinik Xəstəxana Kadırovun müalicə olunduğu iddia edilən tibb müəssisəsidir.
Bu Nevzlinin Çeçenistan lideri ilə bağlı ilk açıqlaması deyil. O, martın əvvəlində öz mənbəsinin məlumatına əsaslanaraq Kadırovun zəhərləndiyini bəyan etmişdi.
Nevzlin özü rus-israilli sahibkar və ictimai xadim, “YUKOS” s neft şirkətinin keçmiş rəhbərlərindən biri, Rusiya Yəhudi Konqresinin prezidentlərindən biri (2001), 2003-cü ildə isə Rusiya Dövlət Humanitar Universitetinin rektoru olub. O, İsraildə yaşayır, Rusiyada isə qətllərin təşkilində ittiham olunaraq qiyabi məhkəmə tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.