Qusarda məktəblilərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az "report"a istinadla xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.