Qubada qaya parçaları qoparaq avtomobil yoluna düşüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun 31-ci km-də baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq", - deyə qurumdan bildirilib.