Qızı “102”yə zəng etdi, atası həbs olundu

Şabranda içkili vəziyyətdə 18 yaşlı qızına və ailəsinin digər üzvlərinə qarşı nalayiq ifadələr işlədən şəxs inzibati qaydada həbs olunub.

Stopnarkotik.az Xitab24.az-a istinadən xəbər verir ki, Bədir Vəhdədlidən (ad-soyad şərtidir) DİN-in "102" zəng xidmətinə onun qızı şikayət edib.

Hadisə yerinə gələn polis əməkdaşları Bədir Vəhdədlinin əməllərinə davam etdiyinə şahid olublar.

Xırda xuliqanlı əməli törədən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarına əsasən, 1984-cü il təvəllüdlü şəxs 5 gün müddətinə inzibati qaydada həbs olunub.