Qəbələdə 17 yaşlı oğlan itkin düşüb - FOTO

Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Stopnarkotik.az xəbər verir ki, sonuncu dəfə onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub. 

Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.

M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28  şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

**

**