Qazaxıstan və Qırğızıstan Daxili İşlər Nazirlikləri sıx əməkdaşlıq edərək xarici transmilli tiryək narkotiki təchizatı zəncirini pozublar.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Qazaxıstan DİN rəsmisi açıqlama verib.
“Şımkentdə keçirilən birgə xüsusi əməliyyat çərçivəsində iki Qazaxıstan vətəndaşı saxlanılıb və təxminən 5 kq Əfqanıstan tiryəki müsadirə edilib. Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi ilə məhkəməyəqədər icraat başlanıb. Saxlanılanlar müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”, deyə Daxili İşlər Nazirliyinin Narkotik Cinayətkarlığına Qarşı Mübarizə Komitəsinin şöbə müdiri Baxıtjan Əmirxanov qeyd edib ki, onların hərəkətlərinin narkotik qaçaqmalçılığı və transmilli mütəşəkkil cinayətkar dəstədə iştirakla bağlı birləşdirilmiş cinayətlər kimi əlavə tövsif edilməsi məsələsi hazırda nəzərdən keçirilir.
Stopnarkotik.az