Qazaxıstan təyyarəsi tufana görə Bakıya eniş etdi

“Air Astana” aviaşirkətinin Almatı-Tbilisi reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında güclü tufan səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.

Bu barədə Stopnarkotik.az- Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, “Airbus A321” təyyarəsi yerli vaxtla saat 21:20-də Bakı Hava Limanına eniş edib.