Qazax və İmişli sakinləri evlərində ölü aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, Qazaxın Orta Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Əhliman Omarov yaşadığı evin çardağında asılmış vəziyyətdə aşkar edilib.
Bundan başqa İmişli rayonu Qızılkənd sakini, 1975-ci il təvəllüdlü Akif Gülmalıyev yaşadığı evin tövləsindən asılı vəziyyətdə tapılıb.
Hər iki şəxsin intihar etdiyi ehtimal edilir.
Faktlarla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.