Qarabağdan aparılan məhbuslardan biri saxlanıldı

Qarabağdan Ermənistana 11 məhbus gətirilib, onlardan biri saxlanılıb.

Stopnarkotik.az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Vahe Qazaryan deyib.

Qazaryan qeyd edib ki, saxlanılan şəxs qətl törətməkdə ittiham edilir.

Bundan əlavə, o bildirib ki, Qarabağdan köçən ermənilərin bəzilərinə qarşı cinayət işləri açılıb və bununla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olur.