Qarabağda sülhməramlıların postları ləğv edilir - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi (MN) Qarabağda təmas xətti boyunca sülhməramlıların postlarının mərhələli şəkildə ləğv edildiyini açıqlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində məlumat verilib.

“Qarabağda tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb” - nazirlikdən bildirilib.

Qeyd edək ki, ləğv edilən postlar Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarında fəaliyyət göstərib.