Bakı metrosunda sıxlıq yarandı - VİDEO / YENİLƏNİB

Bakı metrosunda səhər saatlarından sərnişin sıxlığı müşahidə olunur. Hazırda metronun bir sıra stansiyalarında platforma və keçidlərdə sıxlıq yaranıb.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, sıxlığa səbəb qatarlararası intervalın 2,5 dəqiqə olması və qatarların hərəkətinin bu gün şənbə qrafikinə uyğun təşkil edilməsidir:

"Aprelin 22-də günün əsas sərnişin axını saatlarında “28 May-Əhmədli” sahəsində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən şənbə günü qrafikindən istifadə etmələri xahiş olunur".

Qeyd edək ki, dünən 12:00 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara girişə məhdudiyyət qoyulub. Saat 15.00-da stansiyalara giriş bərpa edilib.

***09:21

Ötən gün edilən dəyişiklik – pik saatlarda intervalın uzadılması və "Bakmil" istiqamətində şənbə qrafikinin tətbiqi Bakı metrosunun bəzi stansiyalarında sərnişin sıxlığı yaradıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Həmin görüntüləri təqdim edirik: