Bakıda 3 nəfərə qarşı dələduzluq edilib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, paytaxt sakini Namiq Mahmudov dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.
İttihama əsasən, o, 3 zərərçəkmişə Qarabağ əlilliyi düzəldəcəyi barədə vəd verib. Bu məqsədlə onlardan ümumilikdə 19 min 600 manat pul alıb.
Zərərçəkişlərin müraciəti əsasında şübhəli şəxs istintaqa cəlb olunub. Hazırda Binəqədi rayon Məhkəməsində istintaq araşdırmaları davam edir.
Məhkəmənin hazırlıq iclası sentyabrın 21-də baş tutacaq.