Səbail RPİ-nin 39-cu Polis Bölməsinə iyulun 18-də rayon ərazisində yerləşən gözəllik salonunda bir qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əlixan Abbasov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.