Putin İstanbula "üçüncü dərəcəli" fiqurları göndərdi - GÖRÜŞ YERİ BƏLLİ OLDU

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbuldadır.

Rusiya KİV-ləri xəbər verir ki, nümayəndə heyətini daşıyan təyyarə mayın 15-də səhər Atatürk adına hava limanına enib.

Ukraynada vəziyyətin nizamlanması ilə bağlı danışıqlar üç il əvvəl görüşlərin keçirildiyi eyni məkanda baş tutacaq. Danışıqların başlanması Moskva vaxtı ilə saat 10:00-a (Bakı vaxtı ilə 11:00) planlaşdırılıb.

Bildirildiyi kimi, RF nümayəndə heyətinə danışıqlarda RF prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə XİN başçısının müavini Mixail Qaluzin, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.

Qeyd edək ki, görüş mətbuat üçün qapalı keçiriləcək.

Görüşün Dolmabaxça sarayında təşkil olunması gözlənilir.

Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyətinin də İstanbulda olduğu vurğulanıb.

Stopnarkotik.az