Rusiyanın Voronej vilayətində yerli OMON qüvvələri tərəfindən azərbaycanlılara qarşı növbəti əməliyyat keçirilib.
Stopnarkotik.az-ın məlumatına əsasən, hurriyyet.az Rusiyadakı mənbələrə istinadən xəbər verir ki, polislər azərbaycanlıların Voronejdə yerləşən topdansatış ticarət bazasına hücum ediblər. Mənbə deyir ki, 90 faizi azərbaycanlı olan baza əməkdaşları məcburi qaydada avtobuslara basılıb. Ümumilikdə, 11 avtobusa doldurulan yüzlərlə soydaşımız məcburi qaydada Ukrayna ilə müharibəyə göndərilib.
P.S. Mövzunu diqqətdə saxlayacağıq. Əlavə məlumat verməyə çalışacağıq.