“Polşa Stalinin sayəsində Qərbdə əhəmiyyətli torpaqlar alıb, lakin Varşava bunu unudubsa, Rusiya xatırladacaq”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Mən həmçinin sizə xatırlatmaq istəyirəm ki, belə aqressiv siyasət Polşa üçün necə nəticələnmişdi. Bu, 1939-cu ilin milli faciəsi ilə başa çatdı ki, Polşa Qərb müttəfiqləri tərəfindən alman hərbi maşını tərəfindən “udulmaq” üçün atıldı və faktiki olaraq müstəqilliyini və dövlətçiliyini itirdi. Sovet İttifaqının sayəsində isə böyük ölçüdə bərpa edildi. Məhz Sovet İttifaqının sayəsində, Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli - Almaniya torpaqlarını ələ keçirdi. Polşanın indiki qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir. Varşavadakı dostlarımız bunu unudublarmı? Biz sizə xatırladacağıq”, - deyə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.