Polşa xüsusi xidmət orqanları Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən ukraynalının saxlandığını açıqlayıb.
Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın xüsusi xidmət orqanlarının işini əlaqələndirən qurumun sözçüsü Mariuş Kaçinski məlumat verib.
Saxlanılan şəxs 2019-cu ildən Polşada olan Ukrayna vətəndaşıdır. Müstəntiqlərin fikrincə, o, ölkədə mühüm infrastruktura, o cümlədən hərbi obyektlərə dair məlumatlar toplayıb.
Faktla əlaqədar araşdırma aparılır.