Venesueladan gələn təyyarədə 3 tona yaxın kokain müsadirə edilib. Hadisə Qvineya-Bisauda baş verib.
Ədliyyə polisi bazar ertəsi bildirib ki, həftə sonu Venesueladan Qərbi Afrika ölkəsinin paytaxtı Bisauya gələn təyyarədə 2,6 ton kokain ələ keçirilib.
Stopnarkotik.az xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, agentlər şənbə günü günortadan sonra Bisaunun Osvaldo Vieira Beynəlxalq Hava Limanında keçirilən reyd zamanı “Gulfstream IV” təyyarəsində qaçaqmalçılıq yolu ilə gətirilən 78 paket narkotik müsadirə ediblər.
İki Meksika vətəndaşı, həmçinin Kolumbiya, Ekvador və Braziliya vətəndaşlarının daxil olduğu beş nəfərlik ekipaj, o cümlədən pilot həbs edilib.
Stopnarkotik.az