Polis psixotrop maddə satan qrupu yaxaladı

Cinayətkar qrupun 5 üvü psixotrop maddə olan preqabalinin qanunsuz dövriyyəsinə görə məhkəmə qarşısına çıxacaq.

Stopnarkotik.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının açıqladığı məlumata görə, Rusiyanın Kuban bölgəsindən olan 22-29 yaş arası 5 nəfər təxminən yarım il ərzində narkotik itcarətini təşkil edənlər üçün mesencer vasitəsilə işləyib.

Onlar preqabalinin böyük partiyalarını gizli yerlərdən götürüb dozalara bölərək Rusiyanın Novosibirsk şəhərində gizli üsulla satıblar.

Polis bununla bağlı 13 fakt müəyyən edib. Axtarış zamanı tərəzi, qablaşdırma vasitələri və 200 qramdan çox psixotrop maddə götürülüb.

Cinayət işi artıq məhkəməyə göndərilib. Təqsirləndirilən şəxsləri 8 ilə qədər həbs cəzası gözləyir.  

Stopnarkotik.az