Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Sülaymaniye bölgəsində yeni əməliyyat keçirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbərlərindən” biri olan Erdinç Bolcal məhv edilib.
Bildirilir ki, uzun müddətdir təşkilat adına fəaliyyət göstərən terrorçu Erdinç Bolcal Şimali İraqa köçərək silahlı hücumlar həyata keçirirmiş.
Məlumata görə, “Ali Xebat” kod adlı terrorçu təşkilatın Şilan Quyi akademiyasının “səlahiyyətli şəxsi” olub.