Pensiya düzəltmək adı ilə dələduzluq edən qadınla bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində pensiya və sosial müavinət düzəltmək adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan Samirə Mirzəyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samirə Mirzəyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında 13 vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və digər maddələrlə təqsirləndirilib. Cinayət işində Dövlət Sosial Müdafiə Fonduda zərərçəkmiş qismində tanınıb. Samirə Mirzəyeva əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş bu işlə bağlı 13 şəxsə məxsus külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib./pravda.az