Paytaxtda və bölgələrdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK

Mayın 29 və 30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Göyçay, Ağdaş, Ucar, Zərdab, Göygöl, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Lerik, Yardımlı, Qobustan, Quba, Qusar, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.