Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır.
Stopnarkotik.az bildirir ki, bu barədə Ermənistanın "Past" qəzeti yazır.
"Qərb başa düşür ki, sülh sazişi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Buna görə də onlar "B planı” üzərində işləyirlər. Artıq prezidentliyə bir neçə mümkün qərbyönlü namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında Paşinyan komandasının bəzi nümayəndələrinin, eləcə də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, deyə məqalədə vurğulanır.
Bundan əlavə, yazıda qeyd olunur ki, Moskvada bu məsələ ilə bağlı müzakirələr aparılır.
Stopnarkotik.az