Paşinyana çətir atan qadını 5 ilə qədər həbs gözləyir

Ermənistanın Baş naziri Nikol Paşinyana çətir atan qadın Narine Asatryanı 2 ildən 5 ilə qədər həbs gözləyir.

Stopnarkotik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə datalex.am hüquqi informasiya portalı məlumat yayıb.
Asatryan vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılığa cəhddə ittiham olunur.

Cinayət işi avqustun 17-də baxılması üçün məhkəməyə təqdim edilib.

Xatırladaq ki, 2023-cü il aprelin 10-da Paşinyanın işgüzar səfəri zamanı baş verib. Qadın Baş nazirə çətir atsa da, çətir ona dəyməyib. Hadisədən dərhal sonra cinayət işi başlanıb.