Paşinyan: Azərbaycan və Ermənistanın enerji sistemləri bir-birinə bağlanacaq

Ermənistanın Baş naziri Paşinyan parlamentdəki çıxışında Azərbaycan və Ermənistanın enerji sistemlərinin TRIPP layihəsinin bir hissəsi olaraq birləşdiriləcəyini və hər iki tərəfə bərabər şərtlərlə qarşılıqlı elektrik enerjisi idxalı və ixracı imkanlarından istifadə etməyə imkan verəcəyini açıqlayıb.

O, bunun ölkələr arasında enerji əməkdaşlığının gücləndirilməsində mühüm addım olacağını bildirib: "Ermənistan və Azərbaycanın enerji sistemləri bir-biri ilə əlaqəli olacaq və biz ixrac və idxal resurslarından bərabər şərtlərlə birgə istifadə edəcəyik", - deyə Paşinyan vurğuladı.

Stopnarkotik.az