Pakistanda terror aktı törədildi - Hərbçilər həlak oldu

Pakistanın şimal-qərbində terror hücumu nəticəsində azı 14 nəfər həlak olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə Tank rayonunda baş verib. Yüksək sürətlə avtomobil nəzarət-buraxılış məntəqəsinə çırpılıb və güclü partlayış baş verib. Partlayış nəticəsində obyekt tamamilə dağılıb.

Ölənlər arasında doqquz hərbçi, dörd polis məmuru və bir meşə təsərrüfatı rəsmisi var. Ən azı 24 nəfər yaralanıb, onların əksəriyyəti hərbçilərdir.

Yaralılar xəstəxanalara aparılıb. Xilasetmə xidmətləri dağıntıları təmizləməyə davam edir və dağıntılarda daha üç hərbçinin olduğu güman edilir.

Partlayışdan sonra təhlükəsizlik qüvvələri üç yaraqlını öldürüb. Hücumun məsuliyyətini hələlik heç bir ekstremist qruplaşma öz üzərinə götürməyib.