Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə təqsirləndirilən Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, sahid, hazırda vəkil işləyən Mirzəyev Ramiz Məmməd oğlu əvvəllər verdiyi hesabatlara uyğun olaraq maaşını aldığını, ödənilməyən 1076 manat pulun qaldığını, Sümbülə xanımdan heç bir şikayətinin olmadığını bildirdi.
Sonra Anar Canməmmədov ifadə verərək bildirib ki, 2018-ci ildən Sümbülə xanımın sədr olduğu büroda işləyib, heç bir şikayətinin olmadığını qeyd edib. Mən Vəkillər Kollegiyasından heç bir pul tələbim yoxdur.
Şahid qismində ifadə verən Samir Hüseynzadə bildirib ki, əvvəl verdiyi ifadəni təsdiq edir: "Əmək haqqından 1950 manatdan 500 manat ödənilib. 2012-ci ilin iyul ayından həmin büroda işləmişəm. 2018-ci ilin 2-ci yarısına kimi büroda heç bir problem olmayıb. Əmək haqqını bank kartı ilə alırdıq".
Sümbülə Əliyeva şahidlərin ifadələrinə belə cavab verib:
"Öz yerimə təyin etdiyim Sərdar müəllim bütün sənədləri saxtalaşdırıb".
Məhkəmə prosesi 3 iyun tarixinə kimi təxirə salınıb.